Britaniyalı general: Rusiya hər həftə Böyük Britaniyanın hərbi peyklərini “boğmağa” çalışır

Böyük Britaniyanın Kosmik Komandanlığının rəhbəri Pol Tedman bildirib ki, Rusiya peykləri Britaniyanın hərbi peyklərini izləyir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Onlar bizim nə etdiyimizlə maraqlanırlar və nisbətən yaxın məsafədə uçurlar. Onların bortunda bizim peykləri müşahidə edə bilən və onlardan məlumat toplamağa çalışan avadanlıq yerləşdirilib,” – deyə general qeyd edib.
Tedman əlavə edib ki, Rusiya hər həftə yerüstü sistemlər vasitəsilə Britaniyanın hərbi peyklərini sıxışdırmağa (siqnallarını boğmağa) cəhd edir.
Sual olunduqda ki, bu nə qədər tez-tez baş verir, o cavab verib: “Hər həftə.”
Səbiyyə Zayirova
11:27 06.10.2025
Oxunuş sayı: 2406