Trampın planı Tehranda hakimiyyət dəyişikliyi qorxusunu artırıb

Donald Trampın Qəzza müharibəsini bitirmək üçün təklif etdiyi sülh planı İsrailin strateji mövqeyini gücləndirsə də, Tehranda narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti yazıb.
Qəzetin məlumatına görə, planın məqsədi girovların azad edilməsi və HƏMAS-ın hərbi gücünün məhv edilməsidir. Lakin İran bunu öz hakimiyyətinə qarşı addım kimi görür, çünki HƏMAS və Hizbullahın zəifləməsi, İraqdakı qrupların və Əsəd rejiminin zərbə alması İslam Respublikasının regional təsirini azalda bilər.
Nəşr yazır ki, bu vəziyyət Tehranda rejim dəyişikliyi qorxusunu artırır və İsrailə qarşı qəfil hücum riskini gücləndirmək ehtimalı var.
11:07 06.10.2025
Oxunuş sayı: 2678