İsrail və HƏMAS arasında danışıqlar bu gün baş tutacaq

İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında danışıqlar oktyabrın 6-da Misirdə keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda münaqişənin həllinə dair planına uyğun olaraq İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsi üçün şərait yaradılmasını müzakirə etməyi planlaşdırırlar", - Misir XİN-dən bildirilib.
10:55 06.10.2025
Oxunuş sayı: 3311