Hakan Fidandan ŞOK açıqlama: Bir çox ölkədə döyüşdük

Hakan Fidan: “Suriyada döyüşdük, İraqda döyüşdük, adını deyə bilməyəcəyim bir çox ölkəyə getdik, orada döyüşdük”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri olduğu dövrdə müdafiə sənayesi sahəsində həyata keçirilən fəaliyyətlər barədə açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Nazir Fidan TRT HABER-də müdafiə sənayesinə dair açıqlamalarında qeyd edib ki, MİT dövründə Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan məhsulların 60-70 faizini istifadə ediblər:
“PUA-ları, zərbə PUA-larını, sursatları, radioelektron mübarizə cihazlarını, piyada tüfənglərini istifadə etdik. Silahlı Qüvvələrimiz bizimlə birlikdə həyata keçirdiyi əməliyyatlarda raketlərdən istifadə etdi. Biz kəşfiyyatı təqdim etdik, birgə əməliyyatlara girdik. Özümüz əməliyyat apardıq. Suriyada döyüşdük, İraqda döyüşdük, adını deyə bilməyəcəyim bir çox ölkəyə getdik, orada döyüşdük. Hələ də əməliyyatların içərisindəyik. Əldə etdiyimiz bütün bu məlumatları mühəndislərimiz və şirkətlərimizlə bölüşərək bu səviyyəyə gəldik”.
Embarqolara qarşı xüsusi iş başlandı
Digər tərəfdən, nazir Fidan Türkiyə müdafiə sənayesinə qarşı tətbiq edilən beynəlxalq açıq və gizli sanksiyalara qarşı xüsusi iş başlatıldığını açıqlayıb. Fidan bildirib ki, iki ildir davam edən diplomatik fəaliyyətlər nəticəsində Kanada, Niderland və Belçikanın tətbiq etdiyi embarqolar tamamilə aradan qaldırılıb, Almaniya böyük ölçüdə, ABŞ isə bəzi sanksiyaları ləğv edib.
Fidan, həmçinin müdafiə sənayesinə qarşı aparılan dezinformasiya fəaliyyətlərini pislədiyini bəyan edib.
10:46 06.10.2025
Oxunuş sayı: 2937