Çin bu ölkədə infrastruktur obyektləri inşa edir

Çin, İrandan aldığı neft qarşılığında bu ölkədə infrastruktur obyektləri inşa edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, İran neftinin tədarükü prosesində Çin sığorta şirkəti "Sinosure" və maliyyə qurumu "Chuxin" iştirak edir. Əməliyyatlar beynəlxalq bank sistemindən kənar həyata keçirilir və vəsaitin bir hissəsi infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Səbiyyə Zayirova
09:20 06.10.2025
Oxunuş sayı: 2417