AFFA prezidenti "Qarabağ"ı təbrik edib

AFFA prezidenti Rövşən Nəcəf
"Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II
turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə
qazanması münasibətilə təbrik edib.
Crossmedia.az
xəbər verir ki, Rövşən Nəcəf bu barədə
sosial şəbəkə hesabında paylaşım edib.
"UEFA Çempionlar Liqasının Liqa
mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" komandası üzərində
inamlı qələbə qazanan "Qarabağ" Futbol Klubu növbəti tarixi uğura
imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr
diləyirəm", - deyə o qeyd edib.
22:52 01.10.2025
Oxunuş sayı: 1107