İrakli Kobaxidze: Bizə yeni vicdan məhbusları lazım deyil

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə qanunlarının pozulmasına qarşı sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, heç kimin həbsi hökumət üçün məqsəd deyil, amma qanun pozuntusu halında hər kəs cavab verməli olacaq.
Crossmedia.az bildirir ki, Baş nazir həmçinin vurğulayıb: “Bizə yeni vicdan məhbusları lazım deyil. Buna görə də bir daha xəbərdarlıq edirəm ki, hər kəs bu cür hərəkətlərdən çəkinməlidir. Əks halda qanunun çox sərt cavabı olacaq. Əlbəttə, Paata Burçulaşvilinin elan etdiyi inqilab uğur qazanmayacaq, lakin əvvəlkindən daha çox insan həbsxanaya düşə bilər. Bizim borcumuz isə onları vaxtında xəbərdar etməkdir. Sonradan təəccüblənməsinlər ki, qanun onlara çox sərt cavab verdi.”
Kobaxidze bildirib ki, hökumət ölkədə sabitliyi pozmağa yönəlmiş hər hansı təşəbbüsə qarşı qəti mövqedə olacaq.
Mehriban
12:06 01.10.2025
Oxunuş sayı: 1050