Netanyahu: İsrail yaxın gələcəkdə Qəzzada təhlükəsizlik perimetrini tərk etməyəcək

İsrail yaxın gələcəkdə Qəzza zolağında
təhlükəsizlik perimetri daxilində qalacaq.
Crossmedia.az
xarici mənbəyə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu
Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında Birləşmiş
Ştatların Qəzza ilə bağlı sülh planını şərh edərkən deyib.
"Əgər HƏMAS sizin planınızla
razılaşarsa (Trampa müraciət edir - red.), ilk addım qoşunların qismən
çıxarılması, ardınca isə 72 saat ərzində bütün girovlarımızın azad edilməsi
olacaq. Növbəti addım HƏMAS-ın tam tərksilahına və Qəzzanın demilitarizasiyasına
cavabdeh olan beynəlxalq qurumun yaradılması olacaq", - Netanyahu Qəzza
planını şərh edib.
O, izah edib ki, İsrail qoşunlarının
bundan sonra və tam çıxarılması anklavın "silahsızlaşdırılması (HƏMAS-
red.) və demilitarizasiya dərəcəsindən" asılı olacaq.
00:26 30.09.2025
Oxunuş sayı: 615