Netanyahu HƏMAS-ı Trampın Qəzza sülh planını rədd edəcəyi təqdirdə hədələyib

Əgər HƏMAS ABŞ lideri Donald Trampın
təklif etdiyi Qəzza sülh planının şərtlərini rədd edərsə və ya həyata keçirə
bilməsə, İsrailin özü bu işi bitirəcək.
Crossmedia.az
xarici mənbələrə istinadən xəbər verir ki, bunu
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla birgə mətbuat
konfransında bildirib.
"Bunu həm asan, həm də çətin yolla
etmək olar. Biz hər kəsə bunu sülh yolu ilə etmək şansı veririk", - o
bildirib.
Netanyahu xəbərdarlıq edib ki, əgər
HƏMAS planı rədd edərsə, yaxud onu qəbul edib sonra faktiki olaraq ona qarşı
çıxarsa, İsrail işi özü yekunlaşdıracaq:
"İsrailin hərbi məqsədlərinə
çatılmalıdır, çünki ölkə bu dəhşətli mübarizəni aparıb, gənclərimizin ən
yaxşılarını qurban verib ki, HƏMAS Qəzzada qalmasın".
23:42 29.09.2025
Oxunuş sayı: 646