Türkiyə Rusiyadan neft idxalını azaldır

Sentyabr ayında Türkiyəyə
Rusiyadan neft tədarükü apreldən bəri ən aşağı səviyyəyə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata əsasən, bu ay Türkiyə
Urals markalı neftdən təxminən 1,2 milyon ton idxal edə bilər. Bu, iyun
ayındakı təxminən 1,6 milyon tonla müqayisədə azalma deməkdir.
Qeyd edək ki, ekspertlər azalmanı neft növləri arasında artan rəqabət,
sanksiyalardan yaranan təzyiq və siyasi amillərlə izah edirlər.
Buna baxmayaraq, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ankara müəyyən
sahələrdə Rusiyayla sərfəli ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcək:
"Biz Türkiyə ilə ticarət-iqtisadi
əməkdaşlığımızı davam etdiririk. Bu, suveren bir dövlətdir və hansı sahələrdə
bizimlə əməkdaşlıq edəcəyinə özü qərar verir. Əgər hansısa ticarət növü Türkiyə
tərəfi üçün sərfəlidirsə, onlar bunu davam etdirəcəklər", – deyə Peskov
vurğulayıb.
Fatimə Məmmədova
22:11 29.09.2025
Oxunuş sayı: 1198