Tramp-Zelenski görüşündən əvvəl Oval kabinetdə Ukraynanın 1992-2013-cü illərdəki xəritəsi qoyulub


ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə bağlı qapılar arxasında keçirilən danışıqlardan əvvəl Oval kabinetdə Ukraynanın 1992-2013-cü illər sərhədləri ilə böyük xəritəsi qoyulub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəritə danışıqlar masası ilə üzbəüz yerləşdirilib, Rusiyanın işğal etdiyi regionlar fərqli rənglə işarələnib.
23:20 18.08.2025
Oxunuş sayı: 761