ABŞ Prezidenti Ukraynada sülh sazişindən əvvəl atəşkəsin tətbiq olunacağına inanmır

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh razılaşmasından əvvəl atəşkəsin əldə olunacağına inanmır.
Crossmedia.az xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.
Trampın sözlərinə görə, Ukraynada atəşkəsə artıq ehtiyac yoxdur və məqsəd müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhdür.
"Mən atəşkəsin olacağını düşünmürəm. Onlar döyüşərkən biz sülh üçün səy göstərməyə razılaşa bilərik", - ABŞ Prezidenti deyib.
O, Kiyevin Amerika silahlarının alınması ilə bağlı problemlərinin olduğunu da vurğulayıb.
22:25 18.08.2025
Oxunuş sayı: 690