Putin liderlərlə telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin Tramp ilə keçirdiyi danışıqlardan sonra bir sıra ölkə liderləri ilə telefon əlaqəsi saxlayaraq müzakirələrin nəticələri barədə məlumat verib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti bir gün ərzində Hindistan, Braziliya, CAR, Qırğızıstan və Tacikistan liderləri ilə telefon danışığı aparıb və onlara Tramp ilə danışıqları barədə məlumat verib. Bir gün əvvəl isə o, Qazaxıstan Prezidenti Tokayevlə də danışıb. Tokayev Putini Tramp ilə danışıqların nəticələri münasibətilə təbrik edib.
Bənövşə Zahidli
19:12 18.08.2025
Oxunuş sayı: 905