Tramp: “HƏMAS məhv edilmədən girovlar azad olunmayacaq”

ABŞ prezidenti Donald Tramp girovların azad olunması məsələsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da paylaşım edib.
O, HƏMAS-ın məhv edilməsinin bu proses üçün əsas şərt olduğunu vurğulayıb.
“Qalan girovların azad olunmasını yalnız HƏMAS məhv ediləndən sonra görəcəyik!!! Bu nə qədər tez baş versə, uğur şansı da bir o qədər çox olacaq. Unutmayın, mən o adam idim ki, danışıqlar apararaq yüzlərlə girovun İsrailə (və Amerikaya!) qaytarılmasına nail oldum. Mən 6 müharibəni cəmi 6 ayda dayandırmışdım. Mən İranın nüvə obyektlərini məhv etmişdim. Oyuna qalib gəlmək üçün girin, yoxsa ümumiyyətlə girməyin! Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, – deyə Tramp yazıb.
Xumar Emilqızı
18:43 18.08.2025
Oxunuş sayı: 778