İran İsfahanda Rusiyaya məxsus S-400 sisteminin ilk əməliyyat sınağını keçirib

İran 26 iyul 2025-ci ildə İsfahan şəhəri yaxınlığında Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sisteminin ilk əməliyyat sınağını keçirib.
Crossmedia.az-ın məlumatına görə, sınaq zamanı “Big Bird” və “Grave Stone” radiolokatorları, komanda mərkəzi və 5P85TE2 buraxılış qurğuları daxil olmaqla sistem tam şəkildə aktivləşdirilib.
Analitiklər həmçinin S-400 komponentlərinin yerləşdirilməsinə uyğun gələn qeyri-adi radar siqnalları və hərbi nəqliyyat fəaliyyətini müşahidə ediblər.
18:26 18.08.2025
Oxunuş sayı: 781