Qəzzada 50 min insanın həlak olması İsraildə “zəruri və vacib” adlandırılıb

İsrailin hərbi kəşfiyyatının sabiq rəhbəri Aharon Xaliva internetə sızan səsyazmalarında Qəzza zolağında 50 000 nəfərin həlak olmasının “gələcək nəsillər üçün zəruri və vacib” olduğunu bildirib. Bu barədə CNN Channel 12 telekanalında yayımlanan materiallara istinadla məlumat verib.
Crossmedia.az xəbər verir ki, sızdırılmış audioyazılarda Xaliva qeyd edir ki, 7 oktyabrda öldürülmüş hər bir israilliyə görə 50 fələstinli ölməlidir. O əlavə edib ki, “artıq fərq etmir, onlar uşaqdır, ya yox”. Onun sözlərinə görə, kütləvi qurbanlar “gələcək nəsillərə mesajdır”.
Xaliva 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna hücum etdiyi vaxt İsrail Ordusu (SAXAL) Hərbi Kəşfiyyatının rəhbəri olub. Həmin hücum nəticəsində 1200 nəfər həlak olmuş, daha 250 nəfər girov götürülmüşdü. Xaliva 2024-cü ilin aprelində vəzifəsindən istefa verərək “idarəetməyə görə məsuliyyəti” öz üzərinə götürmüş və bu addımı atan ilk yüksək rütbəli SAXAL zabiti olmuşdu.
16:49 18.08.2025
Oxunuş sayı: 580