Macarıstan Ukraynanı neft kəmərinə zərbə endirməkdə ittiham edib

Macarıstan Xarici İşlər naziri Peter Siyyarto bildirib ki, Ukraynanın növbəti dəfə Macarıstana neft nəqli üçün istifadə olunan kəmərə zərbə vurduğu iddia olunur. Onun sözlərinə görə, hücum səbəbindən nəql müvəqqəti dayandırılıb. Nazir zərbənin dəqiq hansı ərazidə endirildiyini açıqlamayıb.
Crossmedia.az xəbər verir ki, Siyyarto ukraynalı qərarvericilərə xatırladaraq qeyd edib: “Macarıstandan gedən elektrik enerjisi sizin ölkənizin enerji təminatında həyati əhəmiyyət daşıyır.” O, həmçinin vurğulayıb ki, Macarıstan Ukraynada müharibəyə cəlb olunmayacaq.
Nicat Rüstəmzadə
14:40 18.08.2025
Oxunuş sayı: 797