Zelenskinin əsas hədəfi səmərəli sülh prosesini qurmaqdır

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 18-də Ağ Evi ziyarət edəcək. Bu, onun prezidentliyi dövründə ən mühüm görüşlərdən biri hesab olunur. Görüşün əsas məqsədi Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təsbit etmək və Rusiya ilə müharibənin başa çatdırılması üçün strategiya hazırlamaqdır.
Crossmedia.az Financial Times-a istinadən bildirir ki, prezidentə yaxın yüksək vəzifəli ukraynalı rəsmilərdən birinin sözlərinə görə, Zelenskinin görüşdə əsas hədəfi “məcburi addımlar atmadan, məsələn, Donetsk və Luqanskdan qoşunların çıxarılması kimi qeyri-mümkün şərtlərə razı olmadan, səmərəli sülh prosesini qurmaqdır”.
Mənbənin sözlərinə görə, Ukrayna lideri hazırkı cəbhə xətti əsasında xalqın qəbul edə biləcəyi “məqbul kompromisə” getməyə hazırdır. Lakin nəşr qeyd edir ki, Zelenskinin sərt mövqeyi Donald Trampın qəzəbinə səbəb ola bilər və bu, ABŞ-nin hərbi və kəşfiyyat dəstəyini yenidən təhlükə altına qoya bilər.
Mehriban Yariyeva
11:30 18.08.2025
Oxunuş sayı: 665