Vaşinqton Rusiya və Ukrayna arasında ərazi mübadiləsini müzakirə edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, əsas müzakirə mövzusu Rusiya ilə Ukrayna arasında ərazilərin dəyişdirilməsi olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat verib.
“Əsas məsələ ərazi mübadiləsi ilə bağlıdır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə etməyi planlaşdırırıq. Ümid edirəm ki, bu məsələdə müəyyən aydınlıq əldə olunacaq və çox yaxın vaxtda münaqişə sülh sazişi ilə nəticələnəcək”, – deyə o, bildirib.
Uitkofun sözlərinə görə, Moskva artıq Ukraynanın bir neçə regionu üzrə güzəştə gedib, amma detalları açıqlamayıb. O, həmçinin əlavə edib ki, ABŞ və Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəlib.
Fatimə Məmmədova
22:27 17.08.2025
Oxunuş sayı: 953