Zelenski: Atəşkəs olmadan sülh sazişi mümkün deyil

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Rusiya hələ də Donetsk vilayətində irəliləyiş əldə etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, Vladimir Putin bu ərazini 12 il ərzində belə ələ keçirə bilməyib.
Zelenski vurğulayıb ki, Ukrayna Konstitusiyası ölkənin ərazi bütövlüyünün pozulmasına və ya torpaq üzərində hər hansı alverə imkan vermir.
“Putinin çoxsaylı tələbləri var və biz onların hamısını bilmirik. Əgər həqiqətən bu qədər çoxdursa, onların hər birini müzakirə etmək xeyli vaxt aparacaq. Bunu isə silah təzyiqi altında etmək mümkünsüzdür. Buna görə də əvvəlcə atəşkəs təmin olunmalı, sonra yekun saziş üzərində sürətlə işlənməlidir. Bu məsələni Vaşinqtonda da müzakirə edəcəyik”, – Zelenski deyib.
Dövlət başçısı əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü ölkənin təhlükəsizlik zəmanətlərinin mühüm hissəsi kimi nəzərdən keçirilir.
Xumar Emilqızı
22:08 17.08.2025
Oxunuş sayı: 1248