Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı planı açıqlanıb

Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı planı açıqlanıb.
Crossmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki,tammiqyaslı saziş imzalanana qədər atəşkəs nəzərdə tutulmur. Plana əsasən, Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətlərindən çıxmalı, Rusiya isə Xerson və Zaporojye bölgələrində cəbhə xəttini dondurmalıdır. Bununla yanaşı, Ukraynanın nəzarətinə Sumı və Xarkov vilayətlərindəki bəzi ərazilərin qaytarılması təklif olunur.
Plan Krım üzərində Rusiyanın suverenliyinin rəsmi şəkildə tanınmasını, Rusiyaya qarşı sanksiyaların müəyyən hissəsinin ləğvini və Ukraynanın NATO-ya üzv olmasının qadağan edilməsini də əhatə edir. Bundan başqa, Putinin Ukraynanın müəyyən təhlükəsizlik təminatları almasına açıq olduğu bildirilir. Həmçinin, rus dilinə Ukraynanın bəzi bölgələrində və ya bütün ölkə üzrə rəsmi status verilməsi, Rus Pravoslav Kilsəsinin isə sərbəst fəaliyyət göstərməsi təklif edilir.
Pərvin Hacıyeva
12:12 17.08.2025
Oxunuş sayı: 1443