Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Krımda əməliyyat keçirib

Rusiya-Ukrayna müharibəsi davam edir. Ukrayna Silahlı Qüvvələri də Rusiyaya qarşı aktiv əməliyyatlar keçirir. Bunlardan biri də 10 avqust baş verən əməliyyatdır.
Crossmedia.az xəbər verir ki, avqustun 10-na keçən gecə Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri əməliyyat keçirib. Nəticədə Krımın Abrikosivka kəndi yaxınlığında yerləşən TRLK-10 “Skala-M” stasionar hava müşahidə radarı məhv edilib.
Ukraynanın Krımda radar məhv etməsi iki mesaj daşıyır: həm Rusiyanın hava hücumundan müdafiə sistemlərinə ciddi zərbədir, həm də Kiyevin işğal altındakı ərazilərdə əməliyyat aparmaq imkanını göstərir. Bu, həm psixoloji, həm də strateji baxımdan mühüm addım sayılır.
Nicat Rüstəmzadə
09:40 17.08.2025
Oxunuş sayı: 1690