ABŞ avqustda Putin, Tramp və Zelenski görüşünü planlaşdırır

ABŞ avqustun 22-də Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirmək istəyir.
Bu barədə Crossmedia.az "Axios"-a istinadən məlumat yayıb.
"Tramp Zelenskiyə və digərlərinə zəng zamanı üçtərəfli sammiti tez bir zamanda, avqustun 22-də keçirmək istədiyini bildirib", - məlumatda qeyd olunub.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirmişdi ki, "Könüllülər Koalisiyası" tezliklə Rusiya-Ukrayna müharibəsində gələcək addımları müzakirə etmək üçün yeni iclas keçirəcək. Böyük Britaniyanın Baş naziri Kir Starmer də sülh razılaşması əldə olunmasa, ölkəsinin Rusiyaya qarşı sanksiyaları artıracağını vurğulayıb.
08:51 17.08.2025
Oxunuş sayı: 753