"Mançester Siti" 60 milyon avroluq təklifi rədd etdi

"Tottenhem"
"Mançester Siti"nin futbolçusu Savinyonu transfer etmək istəyir.
Crossmedia.az
xəbər verir ki, London təmsilçisi braziliyalı vinger üçün onun klubuna 60
milyon avroluq rəsmi təklif göndərib. Bu barədə "Globo Esporte"
məlumat yayıb.
"Mançester
Siti" isə bu təklifi rədd edib. "Tottenhem" daha yüksək məbləğlə 21
yaşlı ön xətt oyunçusunun klubuna müraciət edəcək.
Qeyd
edək ki, "Mançester Siti" Savinyonu ötən ilin yayında Fransanın
"Trua" klubundan transfer edib. Braziliya millisinin üzvü
"şəhərlilər"in heyətində meydana çıxdığı 48 rəsmi matçda 3 qol və 13
məhsuldar ötürmə ilə yadda qalıb.
23:58 16.08.2025
Oxunuş sayı: 630