Tramp sülh danışıqlarının uğursuzluğuna görə məsuliyyəti Zelenskinin üzərinə qoya bilər

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı söylədiyi fikirlər, danışıqlarda irəliləyişin Volodimir Zelenskidən asılı olduğunu deməsi, gələcəkdə Ukrayna prezidentinin “günah keçisi” elan olunması ehtimalını gücləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Qeyd edək ki, Tramp artıq Ukraynanın NATO-ya üzvlüyündən imtina perspektivini qəbul edib. Bundan sonra isə o, Moskvanın xeyrinə digər güzəştlərə də gedə bilər – məsələn, Zelenskinin vəzifədən uzaqlaşdırılmasını və ya Kiyevin Avropa İttifaqına üzvlükdən əl çəkməsini tələb edə bilər.
Xumar Emilqızı
14:42 16.08.2025
Oxunuş sayı: 599