İranın baş konsulu: “Ermənistan bizə sərhəddə başqa ölkələrdən heç bir hərbçi olmayacağını bildirib”

“Ermənistan bizə sərhəddə başqa ölkələrdən heç bir hərbçi olmayacağını bildirib, bu, bizim üçün önəmlidir”.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Qafan şəhərindəki baş konsulu Morteza Abedin Varamin deyib.
Onun sözlərinə görə, kimin nə dediyi önəmli deyil, əsas olan Ermənistanın bəyanatlarıdır.
“Kimin nə dediyi önəmli deyil, bizim üçün əsas olan Ermənistanın bəyanatlarıdır. Ermənistan hakimiyyəti bizə bildirib ki, sərhədlər toxunulmaz qalacaq və İranın bu “qırmızı xətti” hörmətlə qarşılanacaq. İki ölkə arasında həmişə də isti münasibətlər olub. Xarici qüvvələrin müdaxiləsi region ölkələrinə fayda gətirməyəcək. Ermənistanın mövqeyi bizim üçün vacibdir. İranın yüksək vəzifəli rəsmiləri hər şeyi ətraflı şəkildə araşdıracaqlar”, - deyə baş konsul qeyd edib.
11:50 16.08.2025
Oxunuş sayı: 694