Tramp: “Sürətli sülh sazişi atəşkəsdən daha yaxşıdır”

ABŞ-nin prezidenti Donald Trampın, Ukrayna prezidenti Volodimir Zelenski və NATO liderləri arasında baş tutan telefon danışığı “çətin keçib”.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsdə maraqlı deyil və müharibəni bitirmək üçün hərtərəfli razılaşmaya üstünlük verir.
Tramp söhbət zamanı vurğulayıb: “Sürətli sülh sazişi atəşkəsdən daha yaxşıdır.”
Pərvin Hacıyeva
11:48 16.08.2025
Oxunuş sayı: 653