Zelenski Vaşinqtonda Trampla görüşəcək

Ukrayna-Rusiya müharibəsinin gedişatında ABŞ-nin mövqeyi həlledici amillərdən biri olaraq qalır. Bu baxımdan, Kiyev rəhbərliyinin Vaşinqtonla birbaşa dialoqu həm təhlükəsizlik təminatları, həm də gələcək siyasi kurs baxımından böyük əhəmiyyət daşıyır. ABŞ-də administrasiya dəyişikliyi fonunda Ukrayna tərəfinin yeni münasibətləri formalaşdırmaq səyləri diqqət mərkəzindədir.
Crossmedia.az “Axios”a istinadən xəbər verir ki, Zelenski avqustun 18-də Vaşinqtonda Tramp ilə görüşməyi planlaşdırır.
Nicat Rüstəmzadə
11:41 16.08.2025
Oxunuş sayı: 691