Ukrayna gecə hücumunu dəf edib

Alyaskadakı sammit gecəsi Rusiya ordusu Ukraynaya “İskəndər-M” ballistik raketi, 85 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif növ imitasiya dronları ilə hücum edib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın hava hücumundan müdafiə sistemi 61 hədəfi vuraraq zərərsizləşdirib. Buna baxmayaraq, 12 fərqli ərazidə raket və 24 pilotsuz uçuş aparatının düşməsi qeydə alınıb.
Nicat Rüstəmzadə
10:53 16.08.2025
Oxunuş sayı: 694