"Reuters": ABŞ Alyaskadakı layihələrdə Rusiyanın nüvə buzqıran gəmilərindən istifadəni müzakirə edib

ABŞ administrasiyası Alyaskada qaz və LNG layihələrinin inkişafını dəstəkləmək üçün Rusiya nüvə buzqıran gəmilərinin mümkün istifadəsini müzakirə edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadən məlumat
yayıb.
Məlumata
görə, bu layihənin müzakirəsi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və
Donald Tramp arasında görüşün nəticəsi ola biləcək mümkün sövdələşmə çərçivəsində
Ağ Ev rəsmiləri arasında aparılıb.
Xatırladaq
ki, sammit ərəfəsində "The Daily Telegraph" qəzeti ABŞ-nin Rusiyaya
Alyaskada xammal yataqlarının işlənməsini təklif etmək niyyətində olduğunu
yazmışdı.
00:10 16.08.2025
Oxunuş sayı: 677