Tramp və Putinin təyyarələri Alyaska hərbi bazasına eniş edib

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təyyarələri Alyaskanın Elmendorf-Riçardson bazasına eniş edib.
Crossmedia.az xəbər verir ki, Donald Trampın göyərtədə
Alyaska senatorları Liza Murkovski və Den Sallivan, həmçinin Alyaska
qubernatoru Mayk Danlivi ilə görüldüyü deyilir.
Xatırladaq ki, Bu, 2021-ci ildən Rusiya ilə Ukrayna arasında
müharibədən bu yana Putinlə ABŞ Prezidenti arasında ilk görüşdür.
Ağ Ev Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə
görüşünün üç-üç formatında olacağını açıqlayıb. Prezidentə onun xüsusi elçisi
Stiv Uitkoff və dövlət katibi Marko Rubio qatılacaq.
Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında
prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott
Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls
qoşulacaq.
23:06 15.08.2025
Oxunuş sayı: 597