Hillary Clinton: Əgər Tramp Ukrayna münaqişəsini bitirsə, onu Nobel Sülh Mükafatına namizəd göstərəcəyəm

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd olan Hillary Clinton bildirib ki, əgər prezident Donald Tramp Ukrayna münaqişəsini sülh yolu ilə həll edə bilsə, onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Hillary Clinton qeyd edib: "Əgər o, bu dəhşətli müharibəyə son qoya bilsə, amma Ukraynanı öz torpaqlarından vaz keçməyə məcbur etməsə, əgər o, Putinə qarşı real addımlar ata bilsə — bu hələ görülməyib, amma bəlkə indi belə bir imkan yaranıb — və əgər prezident Tramp müharibənin sona çatmasının memarı olarsa, mən onu Nobel Sülh Mükafatına namizəd göstərəcəm".
Xumar Emilqızı
18:15 15.08.2025
Oxunuş sayı: 1535