Tramp razılaşma olmazsa Rusiyaya sanksiya tətbiq edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp, Alyaskada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar ərəfəsində verdiyi açıqlamada onların bir-birilə yaxşı münasibətdə olduqlarını və qarşılıqlı hörmətin olduğunu bildirib.
“Biz yola gedirik. Hər iki tərəfdən yaxşı səviyyədə hörmət mövcuddur,” — ABŞ prezidenti qeyd edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bununla yanaşı, Tramp mövcud Rusiya–ABŞ sammitinin nəticəli olacağına ümid etdiyini vurğulayıb.
“Düşünürəm ki, bundan nəsə çıxacaq,” — deyə ABŞ prezidenti əlavə edib.
Donald Tramp onu da bildirib ki, əgər Ukrayna məsələsinin həlli üzrə tərəflər razılığa gələ bilməsələr, onun administrasiyası Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməyə məcbur qalacaq.
“İqtisadi cəhətdən sərt. Bəli, onlar çox ağır olacaq,” — deyə o, razılaşma olmadığı halda Rusiyanı gözləyən nəticələr barədə suala cavabında bildirib.
“Mən bunu özüm üçün etmirəm, aydındır? Mənim buna ehtiyacım yoxdur. Mən ölkəmizə diqqət yetirməyi üstün tutardım, amma bunu çoxlu insan həyatını xilas etmək üçün edirəm,” — Tramp əlavə edib.
Pərvin Hacıyeva
17:47 15.08.2025
Oxunuş sayı: 1372