Alyaskaya gedən amerikalı rəsmilərin siyahısı yayıldı

Ağ Ev Alyaskaya səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla birlikdə “Bir nömrəli bort”da olan rəsmilərin siyahısını yayıb.
Crossmedia.az xəbər verir ki, siyahıya dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, xüsusi nümayəndə Stiv Uitkoff, mətbuat katibi Kerolayn Levit və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff daxildir.
Məlumata görə, siyahıda vitse-prezident Cey Di Vens yer almayıb.
16:55 15.08.2025
Oxunuş sayı: 1519