Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özeli məhkəməyə verib

Prezident Özel haqqında 1 milyon lirəlik təzminat iddiası qaldıraraq, siyasi arenada yeni hüquqi prosesə start verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkədə geniş açıqlama yayıb.
Aydın açıqlamasında CHP sədri Özgür Özelin 13 avqust 2025-ci il tarixdə Bayrampaşada keçirilən mitinqdə çıxışı zamanı prezidenti hədəf alan yersiz ifadələr və əsassız ittihamlar səsləndirməsi səbəbi ilə Ankara Asliye Məhkəməsində 1 milyon lirəlik mənəvi təzminat iddiası qaldırıldığını bildirib.
Bundan başqa, prezidenti təhqir etdiyinə görə Ankara Respublika Baş Prokurorluğuna cinayət işi açılıb.
22:31 14.08.2025
Oxunuş sayı: 573