Zelenski : “Dron istehsalına investisiyalar strateji üstünlük gətirə bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlar apardıqlarını bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, tərəflər təhlükəsizlik zəmanətlərini ətraflı müzakirə ediblər. Zelenski qeyd edib ki, ABŞ Rusiyanı qətlləri dayandırmağa və məzmunlu diplomatiyaya keçməyə məcbur edə bilsə, bu zəmanətlər dünya sülhünü davamlı edə bilər. O, “istəklilər koalisiyası” çərçivəsində təhlükəsizlik sahəsində effektiv iş formatlarına nail olmağın vacibliyini vurğulayıb.
Dövlət başçısı həmçinin danışıqlarda dron istehsalına investisiyaların xüsusi yer tutduğunu bildirib: “İstehsal həcmlərini artırmaq üçün böyük potensialımız var və bunun üçün təcili maliyyə lazımdır. Cəbhədə əsas rolu dronlar oynayır. Ukraynanın bu sahədə imkanları unikal xarakter daşıyır və investisiyalar strateji səviyyədə vəziyyətə təsir göstərə bilər”.
Pərvin Hacıyeva
22:07 14.08.2025
Oxunuş sayı: 1193