Rusiya və ABŞ prezidentlərinin görüşünün mövzusu Ukrayna olacaq

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Alyaskada baş tutacaq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü işgüzar şəraitdə keçəcək və nümayəndə heyətinin üzvləri bu görüşə ciddi əhval-ruhiyyədə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, Uşakov qeyd edib ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev daxil olacaq.
Onun sözlərinə görə, görüşdə əsas mövzu Ukrayna məsələsi olacaq, həmçinin tərəflər ikitərəfli əməkdaşlıq, xüsusilə iqtisadiyyat və ticarət sahəsində fikir mübadiləsi aparacaqlar. Görüş 15 avqustda Alyaskada, Ankoricidə yerləşən Elmendorf-Riçardson hərbi bazasında keçiriləcək.
Nicat Rüstəmzadə
15:11 14.08.2025
Oxunuş sayı: 1136