Lukaşenko: “Putinə açıq hərbi dəstək Belarus üçün ciddi risklər yaradar”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna müharibəsində niyə açıq şəkildə iştirak etmədiklərini izah edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Belarusun münaqişəyə birbaşa qoşulması ölkə üçün ciddi təhlükələr yaradacaq.
“Müharibəyə açıq şəkildə qoşularsaq, daha çox problemimiz olacaq. Ukrayna ilə 1 500 km-lik sərhədimiz var. Bu sərhədi qorumaq çox çətin olar. Üstəlik, bu, Ukraynaya NATO qoşunlarının daxil olması üçün bəhanəyə çevrilə bilər,” – deyə Lukaşenko bildirib.
O əlavə edib ki, belə bir halda Belarus NATO qüvvələri ilə qarşı-qarşıya qala bilər və bu zaman Rusiya da müharibəyə 1 500 kilometrlik sərhəd boyunca qoşulmalı olacaq.
“Bu zaman artıq dronlardan deyil, Belarus ərazisinə raket zərbələrindən danışacağıq. Bu, Ural deyil, çox yaxındır – cəmi 200 kilometr. Biz də, ruslar da bunu anlayırıq,” – deyə Belarus lideri vurğulayıb.
Pərvin Hacıyeva
20:21 08.08.2025
Oxunuş sayı: 899