İyulda qlobal ərzaq qiymətləri son 2 ilin rekordunu vurdu

İyul ayında dünyada ərzaq məhsullarının qiymətləri son iki ildən artıq dövr ərzində ən yüksək həddə çatıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
FAO-nun məlumatına görə, qlobal ərzaq qiymətləri üçün göstərici rolunu oynayan ərzaq qiymətləri indeksi cari ilin iyul ayında orta hesabla 130,1 bənd təşkil edib ki, bu da ötən ayla müqayisədə 1,6% çoxdur.
Təşkilat qeyd edir ki, bu göstərici 2023-cü ilin fevral ayından bəri qeydə alınan ən yüksək səviyyədir.
Pərvin Hacıyeva
20:19 08.08.2025
Oxunuş sayı: 1104