Si Cinpin: "Çin Rusiya və ABŞ arasında əlaqələrin davamını alqışlayır"

Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Pekinin Rusiya və ABŞ arasında əlaqələrin qorunub saxlanmasını alqışladığını bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı qeyd edib ki, mürəkkəb məsələlərin sadə həll yolu yoxdur.
Onun sözlərinə görə, Çin beynəlxalq sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcək.
Pərvin Hacıyeva
17:20 08.08.2025
Oxunuş sayı: 726