Lukaşenko: Putin, Tramp və Zelenski arasında danışıqları təşkil etməyə hazıram

Belarus Prezidenti Aleksandr Lukaşenko müsahibə zamanı Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqların təşkili ilə bağlı hazır olduğunu təsdiqləyib.
“Gəlin əvvəlcədən razılaşaq: məsələn, qəhrəman şəhər Minsk, İstanbul, Cenevrə. Şəhəri seçdik — bir ay sonra görüş baş tutur. Birinci gün, misal üçün, ABŞ-Rusiya münasibətlərini müzakirə edirik. İkinci gün isə, əgər hansısa sənəd layihəsi üzərində razılığa gəlsək, Zelenskini, Lukaşenkonu, Petrovu, Sidorovu dəvət edirik.Bu, layiqli şəkildə görünəcək,” — deyə dövlət başçısı qeyd edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu cür danışıqlar düzgün aparılarsa, gələcəkdə Rusiya ilə Ukrayna arasında münaqişələrin qarşısını ala bilər.
“Əgər danışıqları ağılla aparsaq və Rusiyaya güzəştə getsək, Rusiya da Ukraynaya güzəşt etsə (bu məsələləri müəyyənləşdirmək və qarşılıqlı güzəştlər etmək lazımdır), Rusiya bir daha heç vaxt Ukrayna ilə müharibə aparmaz. Heç vaxt,” — deyə Lukaşenko bildirib.
Pərvin Hacıyeva
17:00 08.08.2025
Oxunuş sayı: 766