İranda qatar relsdən çıxdı

İranda qatar relsdən çıxdı, onlarla yaralı var.
Crossmedia.az Mehr News agentliyinə istinadən xəbər verir ki, bu gün səhər Tehran–Kerman sərnişin qatarı Zərənd şəhəri yaxınlığında relsdən çıxıb. Qatarın 450 sərnişini olub.
İran Qızıl Aypara Təşkilatının rəhbəri Babək Mahmudi 30 nəfərin yaralandığını bildirib. Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyni Nejadın sözlərinə görə, sərnişinlər avtobuslarla yola davam ediblər.
16:20 08.08.2025
Oxunuş sayı: 842