Orban: "Avropa İttifaqının aparıcı ölkələri Rusiya ilə sammit keçirməlidir"

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının aparıcı ölkələri Rusiya ilə sammit təşkil etməlidir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Orban bu addımın Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşdən sonra reallaşmasının vacib olduğunu vurğulayıb.
O, həmçinin Aİ rəhbərliyinin sülh prosesindən kənarda qalmasına və münaqişəni dəstəkləyən mövqe tutmasına görə təəssüf hissi keçirtdiyini bildirib.
Pərvin Hacıyeva
13:30 08.08.2025
Oxunuş sayı: 725