Axios: "Ermənistan "Zəngəzur dəhlizi"ni ABŞ-yə verəcək"

"Axios" bildirir ki, Ermənistanla Azərbaycan arasında imzalanan sazişdə "Zəngəzur dəhlizi"nin ABŞ-yə verilməsi gözlənilir.
Crossmedia.az portala istinadən xəbər verir ki, dəhliz “Trampın beynəlxalq sülh və firavanlıq yolu” (TRIPP) adlanacaq.
Dəhlizdə Ermənistan qanunlarının tətbiq ediləcəyi, ABŞ-nin onu infrastruktur və inkişaf işləri üçün konsorsiuma icarəyə verəcəyi vurğulanır.
İspaniyanın "Periodista Digital" portalının bir müddət əvvəl məxfi sənədə istinadən yazdığı kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan “Syunik bölgəsini amerikalılara verməyə” hazırdır və Ermənistan, Azərbaycan və ABŞ arasında memorandum 42 km uzunluğunda “Tramp körpüsü” nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Müəlliflərin fikrincə, dəhliz Sünik bölgəsindən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək və bildirildiyi kimi, İrəvan mahiyyətcə “kommunikasiyalara nəzarəti hətta dövlətə yox, hansısa özəl şirkətə verməyə razılaşır”.
12:20 08.08.2025
Oxunuş sayı: 891