Ermənistanda çevriliş və terror hazırlığı üzrə istintaq başa çatdı

Ermənistan Respublikası İstintaq Komitəsinin Dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı üzrə Baş İdarəsində "Müqəddəs Mübarizə" adlanan revanşist hərəkatın rəhbər və iştirakçılarından ibarət 18 nəfərə qarşı ayrılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq çərçivəsində həmin 18 nəfərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsi (terror aktına hazırlıq) və 43-419-cu maddəsinin 1-ci hissəsi (hakimiyyətin qəsb edilməsinə hazırlıq) ilə ictimai cinayət təqibi başladılıb. Onlardan 17 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfərə isə inzibati nəzarət və ölkədən çıxışa qadağa tətbiq olunub.
18 nəfərə qarşı cinayət işi ittiham aktı ilə birlikdə nəzarəti həyata keçirən prokurora göndərilib, işin təsdiqlənməsi və mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilməsi xahiş olunub.
Pərvin Hacıyeva
13:41 07.08.2025
Oxunuş sayı: 721