Zelenski sülh üçün danışıqlar aparır

Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bu günün Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik yolunda mühüm addım olduğunu bildirib.
“Bu gün sülhə nail olmaq və Ukraynanın istənilən şəraitdə müstəqilliyini təmin etmək yolunda real irəliləyiş üçün çoxsaylı zənglər və təmaslar günü oldu”, – deyə Zelenski qeyd edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o bildirib ki, artıq bir neçə danışıqlar planlaşdırılıb. Xüsusilə Almaniyanın kansleri Merts ilə söhbət gözlənilir.
“Fransa və İtaliyadakı həmkarlarla da əlaqə saxlayacağıq. Eyni zamanda milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində kommunikasiya olacaq – bu xüsusi formatın bu gün keçirilməsini tapşırdım”, – deyə prezident vurğulayıb.
Zelenski əlavə edib ki, dünən ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə aparılan danışıqlardan sonra, o, ayrıca NATO Baş katibi Mark Rutte və Finlandiya Prezidenti Aleksandr Stubb ilə də danışıb.
“Birlikdə işləyirik. Əsas detalların müzakirəsi vacibdir. Prioritetlər isə tam aydındır”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Pərvin Hacıyeva
13:29 07.08.2025
Oxunuş sayı: 632