İran Prezidenti Pezeşkian Ermənistana rəsmi səfərə hazırlaşır

İran Prezidenti Məsud Pezeşkianın yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər etməsi planlaşdırılır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlamasında bildirib.
“Son bir il ərzində İranın qonşuları ilə münasibətlərinin inkişafı çox böyük əhəmiyyət kəsb edib. Cənab Pezeşkian artıq İraqda, Azərbaycanda, Türkmənistanda, Tacikistanda, Pakistanda, Omanda, Qətərdə səfərdə olub, Ermənistana isə bir-iki həftəyə gedəcək”, – deyə nazir vurğulayıb.
Pərvin Hacıyeva
13:01 07.08.2025
Oxunuş sayı: 694