İsrailin XİN rəhbəri BMT-də Rusiyanı terrorçuluğu təşviq etməkdə ittiham etdi

İsrailin xarici işlər naziri Gideon Saar BMT-də çıxışı zamanı Rusiyaya qarşı sərt tənqid səsləndirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o bildirib ki, iclasda o qədər çox yalan deyilib ki, hamısını sadalamaq belə çətindir : " Xüsusilə Ukraynada qanlı müharibəni başlatmış, dinc şəhərləri bombalayan Rusiyanın nümayəndəsinin sanki heç nə olmamış kimi çıxış etməsini görmək absurddur. Fələstinlilər isə Sovet İttifaqından təbliğat üsullarını öyrəniblər — siz əla müəllim idiniz. Fələstin bütün fraksiyaları terror aləti kimi istifadə edib və hələ də Fələstin İdarəsi terrorçulara və onların ailələrinə hücumun ağırlığına görə müavinətlər ödəyir. Bu, terrorun təşviqi deməkdir və hələ də davam edir".
"Moskva onilliklər boyunca ərəb rejimlərinə silah təmin edib və "KQB" düşərgələrində terrorçuları yetişdirib. Rusiya — terrorçu dövlətidir" Saar bunu qəti şəkildə vurğulayıb.
Pərvin Hacıyeva
09:55 07.08.2025
Oxunuş sayı: 737