İçkeriyanın Rusiya üzərində Qələbə Günü: 6 avqust əməliyyatının ildönümü

1996-cı il avqustun 6-da İçkeriya Respublikasının Silahlı Qüvvələri tərəfindən Rusiya işğalçılarına qarşı Cöhar-Qala (indiki Qroznı) şəhərində hərbi əməliyyat başladıldı.
Crossmedia.az xəbər verir ki, bu sürətli və uğurlu əməliyyat nəticəsində Kremlin işğalçı qüvvələri darmadağın edildi və şəhəri tərk etməyə məcbur oldular. Həmin əməliyyat bir çox içkeriyalılar üçün müqavimətin və müstəqilliyin simvoluna çevrildi.
İçkeriyada bu tarix Rusiya üzərində Qələbə Günü kimi — azsaylı, lakin qətiyyətli qüvvələrin Rusiya hərbi maşınına sarsıdıcı zərbə vurduğu gün kimi qeyd olunur.
Pərvin Hacıyeva
09:51 07.08.2025
Oxunuş sayı: 645