Braziliya Prezidenti: "Beynəlxalq ticarətdə ABŞ dollarından imtina etməyin vaxtıdır"

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva beynəlxalq ticarətdə ABŞ dollarından asılılığı sərt şəkildə tənqid edib və bu asılılığın aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Dünyanın ABŞ dollarından istifadəsinin dayandırmağın vaxtı çatıb ".
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, eyni zamanda ABŞ ilə diplomatik münasibətlərin əhəmiyyətini inkar etmədiyini, lakin Vaşinqtonun ölkəsində çevriliş təşkil etdiyini və dəstəklədiyini də xatırladıb: “Mən ABŞ ilə 200 ildən artıq davam edən diplomatik münasibətlərin əhəmiyyətini unutmuram. Amma onu da unutmuram ki, onlar burada çevriliş təşkil etdilər və onu dəstəklədilər ”.
Prezident Lula əlavə edib ki, indi ABŞ də bilməlidir – Braziliyanın danışıqlar aparmaq üçün həm mövqeyi, həm də gücü var: “Bizim danışıqlar aparmaq üçün ölçümüz, mövqeyimiz, həm iqtisadi, həm də siyasi maraqlarımız var ”.
O sonda qeyd edib: “Mən inanıram ki, bizim məqsədimiz alternativ valyuta yaratmaq olmalıdır ki, digər ölkələrlə ABŞ dollarından istifadə etmədən danışıqlar apara bilək ".
Pərvin Hacıyeva
16:32 06.08.2025
Oxunuş sayı: 814